AZ

Türkiyədə 54 şagird qidadan zəhərləndi

Türkiyənin iki şəhərində ümumilikdə 54 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Kocaelidəki özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra ürəkbulanma, qusma əlamətləri ilə xəstəxanaya aparılıb.

Rizedə isə qızlar yataqxanasında 40 şagird axşam yeməyindən sonra zəhərlənmə şübhəsi ilə tibb müəssisəsinə yerləşdirilib.Şagirdlərə tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
tehsil.biz

1Mənbələr