AZ

Yanğında ölənlərdən biri vəzifəli şəxs imiş -

Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məhəmmədovdur.Metbuat.az sumqayit24.az-a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır. Belə ki, onun övladları – 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlunun və Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.Məlumata görə, o “Kapital Bank”da layihə meneceri olaraq çalışıb.

Bundan əlavə, o yanğın baş verən binanın komendantı kimi fəaliyyət göstərirdi.

Seçilən
135
9
metbuat.az

9Mənbələr