AZ

Lorenzo İnsinye Avropaya qayıdır

"Toronto" ilə yollarını ayıran İtaliya millisinin sabiq ulduzu Lorenzo İnsinye karyerasını Avropada davam etdirməyə hazırlaşır.

"Sky DE" futbolçunun MLS-də keçirdiyi ağır mövsümdən sonra ailəsinə daha yaxın olmaq və yüksək səviyyədə yarışma istəyinə görə Avropaya dönüş qərarı verdiyini yazıb.

İnsinyenin meneceri artıq Avropa klubları ilə ilkin danışıqlara başlayıb. İtaliya A Seriyasından bir neçə klubun onunla maraqlandığı bildirilsə də, mənbələr Türkiyə Super Liqasından da konkret sorğular göndərildiyini iddia edir.

34 yaşlı ulduzun gələcək karyerasına dair qərarı qısa müddət ərzində verməsi gözlənilir. İnsinyenin Avropaya dönüşü transfer bazarında qış pəncərəsinin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. \\Fanat.Az 

Seçilən
8
2
hurriyyet.az

3Mənbələr