AZ

Almaniya Kansleri: Müharibə yalnız Ukraynanın və Avropanın razılığı ilə başa çata bilər

Berlin, 22 noyabr, AZƏRTAC

Müharibələr böyük dövlətlər tərəfindən təsir altında qalan ölkələrin iradəsi nəzərə alınmadan başa çatdırıla bilməz.

AZƏRTAC xəbər verir ki, bunu G20 Sammitində iştirak etmək üçün Cənubi Afrika Respublikasında səfərdə olan Almaniya Kansleri Fridrix Merts media nümayəndələrinə açıqlamasında deyib.

O, hər hansı həllin həyata keçməsinin həm Ukraynanın, həm də Avropanın razılığını tələb etdiyini vurğulayıb: “Bu müharibə yalnız Ukraynanın və bizim, yəni Avropanın razılığı ilə başa çata bilər, çünki müharibə Avropa qitəsində baş verir”.

Bu müharibənin nəticəsinin Avropanın təhlükəsizliyinə təsirləri olacağını vurğulayan Kansler bildirib ki, əgər Ukrayna bu müharibədə məğlub olsa və mümkün ssenari üzrə çökərsə, bu, bütün Avropa siyasətinə təsir göstərəcək. “Biz avropalılar olaraq, o cümlədən almanlar olaraq, bu prosesdə iştirak etməyə hazırıq. Biz prosesin içindəyik və fikrimcə, hazırda bu müharibəni başa çatdırmaq üçün imkan var. Amma hələ də ortaq və yaxşı nəticəyə çatmaqdan xeyli uzağıq”, - deyə F.Merts qeyd edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
69
4
azertag.az

6Mənbələr