İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Barselona” iki ildən sonra yenilənmiş “Kamp Nou” stadionunda azarkeşlərinin qarşısına çıxıb.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi evdə “Atletik Bilbao”nu 4:0 hesabı ilə məğlub edərək yeni arenasına möhtəşəm geri dönüş edib.
Qolları 4-cü dəqiqədə Robert Levandovski, 45-ci və 90-cı dəqiqələrdə Ferran Torres, 48-ci dəqiqədə isə Fermin Lopes vurub.
Bu qələbə ilə “Barselona” xalını 31-ə yüksəldərək, oyun sayında bir matç artıq olmaqla turnir cədvəlinin zirvəsinə yüksəlib. “Atletik” isə 17 xalda qalıb.
"Barselona" - "Atletik" 4:0
Qollar: R.Levandovski, 4, F.Torres, 45+3, 48, 90