AZ

Mingəçevirdə məktəbli qətlə yetirilib, 14 yaşlı oğlan saxlanılıb - Yenilənib 

Dünən saat 22:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2008-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub...

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, döş qəfəsinin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 23:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən məktəbli Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.

***

Mingəçevirdə məktəbli bıçaqlanıb.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, 2008-ci il təvəllüdlü Sarıyev Elmar Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Poliqon.info

Seçilən
23
2
poliqon.info

10Mənbələr