AZ

QMİ sədri İslam Aləmi Liqasının tədbirində iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedəcək

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsində iştirak edəcək.

Bu barədə 525.az-a QMİ-dən məlumat verilib.

Qeyd olunub ki, QMİ sədri sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

Məlumata görə, İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.

Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
14
525.az

10Mənbələr