Bu gün Azərbaycan U-18 yığmasının heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, noyabrın 30-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək yığmaya dəvət alan 27 nəfərlik siyahıda "Qarabağ" futbolçularının adı yoxdur. Buna səbəb "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasında "Napoli"yə qarşı oyun üçün səfərə yollanmasıdır. Bu barədə saytımıza açıqlamasında Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev qeyd edib.
Xatırladaq ki, "Napoli U-19" - "Qarabağ U-19" matçı 25 noyabr saat 17:00-da baş tutacaq.