AZ

Yeni qanun qəbul edilməmişdən öncə ictimaətin müzakirəsinə təqdim edilməlidir Təhsil eksperti

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Ümumi təhsili müəssisələrində 2027 ildə reallaşdırılması nəzərdə tutulmuş 8 saatlıq iş qrafiki layihəsini indidən müzakirəyə çıxarılması doğru qərardır. Yeni qanun qəbul edilməmişdən öncə ictimaətin müzakirəsinə təqdim edilməlidir. İctimaiyyətə qanun layihəsinin təqdim edilməsi hökumətin və qanunverici orqanların fəaliyyətinin açıq olduğunun göstəricisidir. İctimaiyyət, ekspertlər, vətandaşlar və müvafiq qurumların rəyləri, təklifləri qanun layihəsinin təkmilləşdirilməsinə kömək edir”.

Bunu 525.az-a təhsil eksperti Vüsal Kərimli deyib. Onun sözlərinə görə, layihənin geniş ictimai müzakirəsi müxtəlif maraq qruplarının fikirlərinin nəzərə alınmasına və razılığın yaranmasına şərait yaradır. Fikir mübadiləsi nəticəsində ortaya çıxan təkliflər qanun mətninin daha aydın, effektiv və tətbiq edilməyə yararlı olmasını təmin edir:

“Qanunverici prosesə ictimaiyyətin cəlb olunması dövlətin legitimliyini və insanların qanunlara riayət etmə səviyyəsini yüksəldir. Layihə ictimaiyyətlə paylaşılarkən meydana çıxan narazılıqlar və ya çatışmazlıqlar vaxtında aradan qaldırıla bilər”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
525.az

1Mənbələr