AZ

Bakıda erməni görsəz, qucaqlayarsınız? - Paytaxt sakinlərindən ŞOK CAVABLAR

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində yaşananlar cəmiyyətimizdə ciddi rezonans doğurub.

Xəbər verdiyimiz kimi, Azərbaycanı münsiflər heyətində təmsil edən tanınmış müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək – 12 bal verib və daha sonra səhnədə onu qucaqlayaraq “mən sülh istəyirəm” deyib.

Müğənninin bu addımı Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri və ziyalıları tərəfindən sərt tənqid olunub.
Bəs sıravi vətəndaşlarımız bu məsələyə necə yanaşır?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr