AZ

Meşə sahələri alov içində: Güclü yanğın sürətlə genişlənərək Tavuş bölgəsinə keçib

Gegarkunikdə ötən həftənin sonunda başlayan güclü meşə yanğını sürətlə genişlənərək Tavuş bölgəsinə də keçib.

Ekologiya.az bildirir ki, sosial şəbəkələrdə yayılan kadrlarda fəlakətin miqyası açıq şəkildə görünür: böyük meşə sahələri alov içindədir, qalın tüstü isə bütün ərazini örtüb.

Tavuşda yanğının daha bir ocağı Dilijаn yaxınlığında — tunelə bitişik zonada qeydə alınıb. Eyni zamanda Ovk və Yenokavan kəndləri istiqamətində də yeni alovlanma halları müşahidə olunur.

Sputnik Ermənistanın məlumatına görə, Gegarkunikdə alov artıq Ayqut kəndinə qədər irəliləyib. Hadisə yerinə helikopterlər cəlb edilib və söndürmə işləri çətin relyef səbəbindən davam etməkdədir.

 Musavat.com

Seçilən
21
1
ekologiya.az

2Mənbələr