AZ

Rusiyaya genişmiqyaslı hücum: Xeyli ölən və yaralanan var

Rusiyanın Rostov vilayətinə Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində üç nəfər ölüb, daha on nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin rəhbəri Yuri Slyusar bildirib. O, iki nəfərin xəstəxanada öldüyünü bildirib.

"Təəssüf ki, həkimlər daha iki nəfəri xilas edə bilməyiblər, onlar aldığı yaralardan xəstəxanada dünyasını dəyişiblər. Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - qubernator bildirib.

Bundan əvvəl Taqanroq meri Svetlana Kambulova bəyan etmişdi ki, hücum nəticəsində yerli sakin həlak olub.

Seçilən
39
4
publika.az

3Mənbələr