AZ

Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Bakı, 25 noyabr, AZƏRTAC

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Bakı İdman Sarayında baş tutacaq ilin vacib yerli turnirində ölkənin ən güclü idmançıları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.

Dekabrın 5–6-da fərdi mübarizələr, 7-də isə komandalararası yarış olacaq.

Seçilən
95
3
azertag.az

4Mənbələr