AZ

İsrail Ordusunun 3 generalı barədə SƏRT QƏRAR

İsrail Müdafiə Qüvvələrindən üç general 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunun qarşısını ala bilməməsinə görə şəxsən məsuliyyət daşıdıqdan sonra vəzifələrindən azad edilib.

Herbiand.az AFP-ə istinadən xəbər verir ki, 24 noyabrda İsrail ordusu Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin qərarına əsasən, bu generallar artıq İMQ-nin tərkibində deyillər və ehtiyat qüvvələr tərkibindən çıxarılacaqlar.

Bu generalların keçmiş İsrail ordusunun Kəşfiyyat rəisi  Aharon Haliv, keçmiş Əməliyyatlar İdarəsinin rəisi Oded Basiuk və o vaxtlar Cənub Komandanlığına rəhbərlik edən general-mayor Yaron Finkelman olduğu bildirilir. Finkelman və Haliv 7 oktyabrda səhv hesablamalar səbəbindən 2025-ci ilin yanvar ayında istefa veriblər. Basiuk iyun ayında İsrail ilə İran arasında baş verən müharibədən sonra vəzifəsindən ayrılıb. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin rəhbəri Tomer Bara qarşı intizam tədbirləri görülüb.

Əmrdə deyilir ki, digər doqquz general və yüksək rütbəli zabit də məsuliyyətə cəlb edilib.

Seçilən
95
26
herbiand.az

10Mənbələr