AZ

Qubada öz ağırlığında maşın daşıyan “VAZ” yol boyu təhlükə yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qubada qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüləri “TikTok” sosial platformasında yayılıb. Kadrlardan göründüyü kimi, 38-BB-018 dövlət nömrə nişanlı “VAZ-2102” markalı avtomobilin sürücüsü yük daşınması qaydalarını ciddi şəkildə pozub. Belə ki, o, texniki cəhətdən yararsız vəziyyətdə olan “VAZ-21011” markalı avtomobili dam baqajına bərkidərək daşıyıb. Bu isə nəqliyyat vasitəsinin balansını pozaraq yolboyu digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.

Qeyd edək ki, yük daşınması ilə bağlı qaydalara əsasən, avtomobilin damına qoyulan yük nəqliyyat vasitəsinin hündürlüyünü kəskin artırmamalı, hərəkət zamanı düşmə, aşma və ya sürücünün idarəetməsini çətinləşdirmə riski yaratmamalıdır. Qaydaların pozulması həm sürücü, həm də digər yol istifadəçiləri üçün ciddi təhlükə yaradır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
avtosfer.az

1Mənbələr