AZ

Yeni avtomobil rekord qiymətə satılıb

“Gordon Murray Special Vehicles”in istehsalını planlaşdırdığı “S1 LM2” superkarı ötən həftə Las-Veqasda baş tutan “Formula-1” Qran-prisi çərçivəsində satışa çıxarılıb. “RM Sotheby's” hərrac evi tərəfindən təşkil olunan satış tədbirində kupe 20 milyon 630 min dollara satılıb. Bu, indiyədək yeni avtomobil üçün ödənilən ən yüksək qiymət hesab olunur.

Karbon lifli superkar 700 at qüvvəsindən daha çox gücə malik 4,3 litrlik V12 mühərriklə təchiz olunub. O, hərracın keçirildiyi “Wynn” hotelinə helikopterdən asılı platforma üzərində gətirilib.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
20
2
azerbaijan-news.az

4Mənbələr