AZ

Kəlbəcər Şəhəri Günü qeyd edilir, axşam atəşfəşanlıq olacaq

KƏLBƏCƏR, 25 noyabr. TELEQRAF

Kəlbəcər Şəhəri Günü keçirilir.

Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis olunmuş Kəlbəcər Şəhəri Günü qeyd edilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Kəlbəcər işğaldan azad olunduqdan sonra şəhərdə ilk şəhər günü qeyd olunur.

Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Uşaqlar üçün təşkil edilən mədəni proqram və Gəncə Dövlət Teatrının “Tıq-tıq xanım” tamaşası maraqla qarşılanıb və tədbirə xüsusi rəng qatıb.

Şəhər ərazisində qurulan sərgi zonasında “Kəlbəcər – obyektivdən tarixə” fotosərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm sərgisi, rəssamların iştirakı ilə keçirilən ustad dərsləri, eləcə də bölgənin qədim aşıq sənətini təmsil edən aşıqların ustad dərsləri ziyarətçilərə təqdim olunub.

Şəhər Günündə ictimai-siyasi xadimlər, Kəlbəcər ziyalıları, hərbiçilər və mədəniyyət xadimləri Kəlbəcərin yenidən qurulan ictimai-mədəni həyatına həmrəylik və dəstək nümayiş etdiriblər.

Sonda möhtəşəm atəşfəşanlıq və müasir lazer şousu təşkil ediləcək.

Seçilən
89
9
teleqraf.com

10Mənbələr