AZ

Luvr muzeyindən oğurluqda şübhəli bilinən daha 4 nəfər saxlanılıb

Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Paris şəhər prokurorluğu “CNN”-ə məlumat verib.

Bildirilib ki, saxlanılanlar 38 və 39 yaşlı iki kişi, 31 və 40 yaşlı iki qadındır.

Qeyd edək ki, bundan əvvəl də 4 nəfər şübhəli Luvr muzeyində baş vermiş zinət əşyası oğurluğu ilə bağlı həbs edilmişdi.

Xatırladaq ki, muzeydə soyğun oktyabrın 19-da baş vermiş və nəticədə qiymətli zinət əşyaları və daş-qaşlar oğurlanmışdı.

Seçilən
48
8
apa.az

9Mənbələr