AZ

"Qara cümə" adı ilə tanınan bu endirim kampaniyaları qara günə qalıb

“Qara cümə” - Amerikada “Şükran Günü”ndən sonrakı ilk cümə günü məhz belə adlanır.

1932-ci ildən bəri insanlar həmin günü, Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq, qəbul edirlər. 

Bu gündə mağazalar insanlara qapılarını çox erkən açır və gec saatda bağlayır, həmçinin, gözlənilməyən endirimlər həyata keçirirlər. 

“Black Friday” rəsmi olaraq , qeyri-iş günü hesab edilmir. 

"Qara cümə” adı ilə tanınan bu endirim kampaniyaları son illər Azərbaycanda da dəbə minib.

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, Azərbaycandakı “Qara cümə” ilə dünyadakı “Qara cümə” bir-birindən ciddi şəkildə fərqlənir:

"Azərbaycanda çox vaxt qiymətlər yüksək olur. Sonra “Qara cümə” adı ilə müəyyən miqdarda endirirlər. Yəni, endirim elə satış qiymətinə yaxın olur. Hansı qiymətə satmaq istəyirdilərsə, sonda məhsulun qiymətini yenə də o məbləğə təklif edirlər. Yəni, bizdəki mexanizimlə dünyadakı mexanizm arasında ciddi fərq var”.

Sevinc

Seçilən
73
hit.az

1Mənbələr