AZ

Şəmkirdə ofsiant işləyən qadın qardaşı tərəfindən bıçaqlanıb.

Şəmkirdə bıçaqlanma olub.

Nocomment.az qərb bürosunun məlumatına görə hadisə rayonda yerləşən kafelərin birində baş verib.

Belə ki, rayonun Çinarlı qəsəbə sakini 35 yaşlı Minya Nəbiyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın dərhal əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə 35 yaşlı qadını qardaşı 20 yaşlı Nurlan Musayev aralarında baş verən şəxsi münaqişə zamanı bıçaqlayıb.Məlumata görə hadisəyə səbəb qadının kafedə ofisiant işləməsi olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

Seçilən
95
1
nocomment.az

4Mənbələr