AZ

SEPAH generalından Azərbaycanla bağlı gözlənilməz açıqlama

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

SEPAH-ın sabiq generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur “Iran 24” telekanalına verdiyi geniş müsahibədə Zəngəzur dəhlizi ətrafında əldə olunan son razılaşmanı şərh edib.

Globalinfo.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Həqiqətpur bildirib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma bölgədə yeni geosiyasi proseslərə yol açır və bunun kiçik məsələ kimi təqdim edilməsi sadəlövhlükdür.

Həqiqətpur İran prezidenti Məsud Pezeşkianın məsələni “şişirdilmiş” adlandırması ilə razılaşmadığını vurğulayaraq deyib:

“Bu razılaşmanın əhəmiyyətsiz olduğunu düşünmək doğru deyil. Region üçün strateji önəm daşıyan bir mövzuya sadəlövh yanaşmaq olmaz. İran gələcək proseslərdə öz payına sahib olmalıdır”.

O, İranın proseslərdən kənarda qalacağı təqdirdə alternativ planlar hazırlamalı olduğunu söyləyib:

“Əgər bu razılaşmada İran üçün konkret pay müəyyən edilməsə, ölkə öz təsir imkanlarını qorumaq üçün alternativ yollar nəzərdən keçirməlidir”.

Zəngəzur dəhlizinin İranın Avropaya və Ermənistana çıxışına təsir edib-etməyəcəyi barədə suala cavab verən Həqiqətpur bunun mümkün olmadığını deyib:

“Bizim Avropaya çıxış üçün bir neçə yolumuz var. Ermənistanla sərhəd məsələsində də ehtiyac yaranarsa alternativlər mövcuddur”.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
3
globalinfo.az

4Mənbələr