ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.
"Unikal" xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.
xxx
23:02
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçiriləcək V tur oyunu üçün start heyətlər açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar "Dieqo Armando Maradona" stadionunda saat 00:00-da başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Napoli”: Vanya Milinkoviç-Saviç, Alessandro Buuncorna, David Neres, Skott MakTominey, Amir Rahmani, Matias Oliveyra, Rasmus Heylund, Covanni Di Lorenso, Sam Bukema, Stanislav Lobotka, Noa Lanq
Baş məşqçi: Antonio Konte
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Emmanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Kevin Medina, Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.