AZ

DÇ-2026-nın səbətləri açıqlandı: Püşkatma bu tarixdə olacaq

FİFA 2026-cı il dünya çempionatının püşkatması üçün səbətlərin tərkibini açıqlayıb.

Publika.az xəbər verir ki, iştirakçılar 4 torbaya bölünüb. Təşkilatçı ölkələr - Kanada, Meksika, ABŞ ilə yanaşı, son dünya çempionu Argentina, son finalçı Fransa, İspaniya, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya 1-ci səbətdə yer alıb.

Avropa zonasının və FİFA pley-off mərhələsinin 4 qalibi 4-cü səbətdə yer alacaq.

Püşkatma mərasimi dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək.

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.

Seçilən
60
publika.az

1Mənbələr