AZ

Quterreşin səlahiyyət müddəti bitir - BMT baş katib axtarışındadır

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katib vəzifəsinə yeni namizədlər axtarışını rəsmən elan edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın sözçüsü Annalena Berbok məlumat verib.

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının prezidentləri üzv dövlətlərdən hazırkı Baş Katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ildə başa çatdıqdan sonra onun yerinə namizədlər irəli sürməyi xahiş ediblər. Onlar BMT üzvlərini baş katib vəzifəsinə namizədləri seçərkən qadın namizədləri ciddi şəkildə nəzərdən keçirməyə çağırıb və “seçim prosesində regional müxtəlifliyin vacibliyini” qeyd ediblər.

Gülayə Mecid 

Seçilən
90
28
unikal.az

10Mənbələr