AZ

Ərdoğan birbaşa danışıqların bu şəhərdə keçirilməsini istəyir

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "İstəklilər Koalisiyası"nın onlayn iclasında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların İstanbulda keçirilə biləcəyini bildirib.

"Unikal" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Ankara hər iki tərəflə əlaqə saxlayır.

"Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar İstanbulda keçirilə bilər", - deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Ukrayna münaqişəsinin davamlı həlli üçün Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin təşkili üçün diplomatik səyləri davam etdirəcək.

Qeyd edək ki, "İstəklilər Koalisiyası" Ukraynaya hərbi yardım göstərən onlarla ölkənin ittifaqıdır. Böyük Britaniyanın rəhbərlik etdiyi ittifaqın üzvləri arasında Fransa və Almaniya da var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
2
unikal.az

10Mənbələr