AZ

"Türkiyə Moskva və Kiyev arasında təmasları davam etdirəcək" - Ərdoğan

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bəyan edib ki, Ankara Ukraynadakı münaqişə tərəfləri arasında birbaşa təmasları asanlaşdırmağa hazırdır". 

"Unikal" xəbər verir ki, Türkiyə liderinin ofisi məlumat yayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə keçmişdə olduğu kimi bu gün də Moskva ilə Kiyev arasında birbaşa təmasları asanlaşdıracaq və regionda davamlı sülhə yol açacaq istənilən diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bu gün Ərdoğan və Putin telefonla danışıblar. Məlumata görə, tərəflər digər mövzularla yanaşı, Ukrayna məsələsini də müzakirə ediblər.

Seçilən
50
50
unikal.az

10Mənbələr