Cenevrədə ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Moskvaya məlumat verilməyib.
"Unikal" xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Kreml İsveçrədə baş tutan danışıqlarla bağlı bütün KİV-də yayılan xəbərləri diqqətlə izləyir.
"Hələ rəsmi olaraq heç nə almamışıq”,- Peskov vurğulayıb. O, həmçinin əlavə edib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı yenilənmiş plan almayıb. Onun sözlərinə görə, sənədlə bağlı müzakirələr və təmaslar davam edir.
Gülayə Mecid