AZ

Rusiya və Ukrayna kəşfiyyatçıları BƏƏ-də görüşdü

Rusiya və Ukraynanın xüsusi xidmət orqanlarının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həssas məsələləri müzakirə ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə verdiyi  müsahibəsində bildirib.

“Onlar, Ukrayna və Rusiya xüsusi xidmət orqanlarının nümayəndələridir —  vaxtaşırı görüşür və əsir mübadiləsi ilə bağlı olanlar da daxil olmaqla, olduqca həssas məsələləri müzakirə edirlər,” — deyə dövlət başçısının köməkçisi bildirib.

O həmçinin əlavə edib ki, görüş zamanı gözlənilmədən ABŞ-ın xüsusi nümayəndəsi Den Driskoll peyda olaraq həm rus, həm də ukrayna nümayəndə heyətləri ilə danışıq aparıb.

Daha əvvəl Axios portalı yazmışdı ki, Əbu-Dabidə Ukrayna tərəfdən nümayəndə heyətinə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kiril Budanov rəhbərlik edir və o, “həm Amerika, həm də Rusiya tərəfi ilə birbaşa danışıqlar aparır”.

Nigar,

Sitat.info

Seçilən
57
49
sitat.info

10Mənbələr