AZ

Mnatsakan Safaryan: Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir, lakin onun imzalanmasının dəqiq tarixi yoxdur.

Xezerxeber.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə  Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

Nazir müavini bildirib ki, tərəflər arasında təmaslar davam edir.

Delimitasiya prosesinə toxunan nazir müavini qeyd edib ki, bu proses iki ölkənin delimitasiya komissiyalarının rəhbərləri səviyyəsində həyata keçirilir, iş dayanmır.

Sünikdə delimitasiyanın davam edib-etməyəcəyi məsələsinə toxunan nazir müavini əlavə edib ki, hər hansı bir inkişaf olarsa, mütləq məlumat olacaq.

 

Seçilən
22
4
xezerxeber.az

5Mənbələr