AZ

Belçikada tətil üçüncü günə qədəm qoyur



Belçikadakı həmkarlar ittifaqlarının təkidi ilə işçilər federal hökumətin pensiyalar kimi sosial xərclərin azaldılması planına və iş şəraitində təklif olunan dəyişikliklərə etiraz olaraq "Noyabr Çağırışı" kimi tanınan üç günlük tətilə başladılar.

Tətil dalğası nəticəsində dövlət işçilərinin böyük əksəriyyəti bu gün evdə qaldı, məktəblər, uşaq bağçaları, xəstəxanalar və bələdiyyə xidmətləri dayandı. Zibil yığımı və poçt xidmətləri də dayandırıldı.

Dəmir yolu işçilərinin tətildə iştirakı səbəbindən ölkə daxilində qatar xidmətləri azaldıldı.Brüsselin ictimai nəqliyyat şirkətinin (STIB) işçiləri tətilə qoşulub və paytaxtdakı bütün avtobus xidmətləri, metro və tramvay xidmətlərinin əhəmiyyətli bir hissəsi ləğv edilib.

Belçikanın Flamand və Vallon bölgələrindəki ictimai nəqliyyat şirkətlərinin işçiləri tətilə qoşulduqca ictimai nəqliyyat problemi ölkə miqyasında yayılıb.Fevral ayında vəzifəyə başlayan və Baş nazir Bart De Weverin rəhbərlik etdiyi hökumət, ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 100 faizini aşan "son dərəcə yüksək" dövlət borcunu azaltmaq üçün tədbirlər həyata keçirməyi hədəfləyir.

Həmkarlar ittifaqları hökumətin sosial xərclərdə planlaşdırdığı kəsintiləri və qənaət siyasətini sərt tənqid edirlər. Bu, il ərzində Belçikada çoxsaylı tətillərə, uçuşların dayandırılmasına və həyatın dayanmasına səbəb oldu

aia.az
Tərcümə şöbəsi



Seçilən
13
aia.az

1Mənbələr