Qızıl qiymətləri son dövrlərdə yenidən yüksəlməyə başlayıb. ABŞ-nin Bank of America bankı yayımladığı yeni hesabatda, qızılın 2026-cı ildə unsiya üzrə 5 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb.
ONN media xəbər verir ki, bankın orta qiymət gözləntisi isə 4 538 dollar səviyyəsindədir.
Bankın strateji komandası qeyd edib ki, qızılın hələ də alıcılıq qabiliyyəti yüksək olsa da, bazarda kifayət qədər investisiya olmaması qiymətlərin güclü qalmasına səbəb olur.
ABŞ-nin qeyri-adi iqtisadi siyasəti də qızılın dəstəklənməsində əsas rol oynayır.
Analitiklərin proqnozuna görə, bu şərtlər davam edərsə, qızılın qiyməti 2026-cı ildə rekord səviyyəyə çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta