AZ

Bakıda “2-ci Beynəlxalq Caspian Innovation Forum”u keçirilir

BAKI, 26 noyabr. TELEQRAF

Bakıda “2-ci Beynəlxalq Caspian Innovation Forum”u fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Milli Biznes Assosiasiyası və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə innovasiyalar, texnologiyalar, süni intellekt və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən Xəzər, Qara dəniz və Baltik regionunun aparıcı şirkətləri o cümlədən diplomatik missiya nümayəndələri iştirak edirlər.

Forunda iqtisadiyyatın rəqəmsal transformasiyası, kibertəhlükəsizlik və sənayedə innovativ texnologiyaların tətbiqi kimi mövzular müzakirə olunur.

Seçilən
101
teleqraf.com

1Mənbələr