AZ

SSRİ bayrağı yürüşü – "Yeni Rusiya imperiyası" projesinin bir hissəsidir – ÖZƏL

DİN-in məlumatına görə, sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd edən Abdulla İbrahimli, İbrahim Əsədli və digər şəxslər saxlanılıb. İlkin istintaq onların xarici dövlət tərəfindən maliyyələşdirildiyini, ofis icarəyə götürərək mütəmadi toplantılar keçirdiyini müəyyən edib. Axtarış zamanı kommunist ideologiyasını təbliğ edən materiallar, SSRİ bayraqları, radikal məzmunlu kitablar və elektron cihazlar götürülüb.

"Bu məsələ əslində son vaxtlar gözlənilən idi. Çünki görürük ki, Rusiyanın yenidən böyüməsi, keçmiş SSRİ-nin, əslində isə Rusiya imperiyasının dirçəldilməsi tendensiyası postsovet məkanında müəyyən formada hərəkətə keçib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, hazırda Ukraynada baş verən müharibə də bunun bir mərhələsi, bir fazasıdır. Məsələ ondadır ki, Ukraynanın işğalından sonra bu ideyanın, Rusiya imperiyasının yenidən böyüdülməsi ideyasının gündəmə gələcəyi gözlənilən idi və faktiki olaraq bu, artıq baş verir. Həmçinin digər narrativlər üzərindən Rusiya imperiyasının genişləndirilməsi və postsovet məkanına yayılması real təhlükə kimi diqqətdən yayınmamalıdır.

"İndi isə bunun konkret əlamətləri ortaya çıxır. Böyük ehtimalla bu "SSRİ bayrağını" təbliğ edən qruplar Rusiyadan maliyyələşdirilir və məqsəd kommunizmi bərpa etmək deyil, əsl hədəf yeni, böyük Rusiya imperiyasını yaratmaq istiqamətində fəaliyyət göstərməkdir. Polis tərəfindən məsələnin aydınlaşdırılması, həmin şəxslərin saxlanılması və cinayət işinin açılması müsbət haldır. Ümid edirəm ki, araşdırma dərinləşdikcə daha çox təfərrüat üzə çıxacaq," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin fikrincə, bu, sıradan bir məsələ deyil. Bu, dövlət müstəqilliyimizi təhdid edən böyük bir "meqa-projenin" - ölkənin yenidən "imperiya əsasında rayonlaşdırılması" ideyasının tərkib hissəsidir. Ona görə də bu, ölkəmizin gələcəyi və təhlükəsizliyi ilə bağlı ciddi SOS siqnalıdır. Məsələyə son dərəcə ciddi yanaşmaq lazımdır. Həmçinin bu proseslərin arxasında duran qüvvələrin, dövlətlərin və maliyyə mənbələrinin müəyyənləşdirilməsi mütləqdir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr