AZ

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs olundu

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs olunub.

 

"Chevrolet Cobalt LTZ" markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.

 

Paytaxtın Binəqədi şosesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

 

Ə.Rzayev barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix: 26 Noyabr 2025, 18:01   
Seçilən
36
27
pravda.az

10Mənbələr