UEFA Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada “Napoli” ilə keçirilən oyunda huşunu itirən “Qarabağ”ın futbolçusu Kevin Medina tibbi müayinədən keçib .
Teleqraf-ın məlumatına görə, bu gün aparılan müayinələr nəticəsində futbolçunun vəziyyətinin normal olduğu müəyyənləşib.
Ağdam klubu sabah istirahət edəcək. Medinanın növbəti gündən komanda ilə məşqlərə qoşulması gözlənilir.
Qeyd edək ki, sözügedən matçın 5-ci dəqiqəsində rəqib futbolçu Skot Maktomineyin qapı çərçivəsinə vurduğu top Medinanın üzünə dəymişdi və bu səbəbdən o, huşunu itirmişdi.
Kolumbiyalı oyunçu həkimlərin müayinəsindən sonra oyuna davam etmişdi.