AZ

Bakıda SSRİ bayrağı qaldıranlar barədə QƏRAR VERİLDİ

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

"Yeni Sabah" xəbər verir ki, istintaq orqanın təqdimatı əsasında Nizami rayon Məhkəməsində bu barədə qərar qəbul edilib.

Qərara əsasən, Abdulla İbrahimli, İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb./Report


Telegram kanalımız
Seçilən
37
16
yenisabah.az

10Mənbələr