AZ

Günay Ağamalı həmin qızla bağlı açıqlama yaydı - FOTO

"Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır".

Redaktor.az xəbər verir ki, bu açıqlama ilə özünün feysbuk hesabında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı çıxış edib.

"Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir.

Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.

Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir.

Bizi yolumuzdan heç kim çəkindirə bilməz.

Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.

Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da yayılan görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Maraqlıdır ki, məsələ ictimailəşəndən sonra Nigar Həsənovaya aid "TikTok"dakı həmin səhifə silinib.

2
Seçilən
15
28
redaktor.az

10Mənbələr