AZ

Hava şəraitinə görə mərasimə dəyişikliklər etməli oldular

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəlinin alovlandırılması mərasimi qədim Olimpiadanın yerində baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbir pis hava şəraiti ilə əlaqədar Hera məbədinin xarabalıqlarından Arxeologiya Muzeyinin salonlarına köçürülüb.

Günəş olmadığı üçün alov parabolik güzgüdən istifadə edilməklə yox, ehtiyat atəşlə yandırılıb. Daha bir dəyişiklik birinci məşəlin dəyişdirilməsi olub. Məşəli zədəli xizəkçi Aleksandros Ginnisin əvəzinə 2024-cü il Olimpiya Oyunlarının avarçəkmə üzrə bürünc mükafatçısı Petros Qaydatzis daşıyıb.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları İtaliyanın Kortina d'Ampezzo bölgəsində fevralın 6-dan 22-dək keçiriləcək. Olimpiya məşəli yanvarın 26-da ev sahibi ölkəyə təhvil veriləcək, bundan sonra İtaliya şəhərlərində estafetə start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
196
qafqazinfo.az

1Mənbələr