ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Astanada keçirilən Silk Way Star finalında Azərbaycanı münsiflər heyətində təmsil etmək mənim üçün böyük şərəf idi. Bu layihənin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikası, Jibek Jolly və Silk Way Star komandasına səmimi təşəkkürümü bildirirəm".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi deyib. "Finalçıların hər biri yüksək səviyyəli, istedadlı və səhnə mədəniyyətinə malik ifaçı idi; onların hər biri öz unikal səsi, performansı və yaradıcılığı ilə finala layiq görülmüşdü. Buna görə də 12 ölkədən finala çıxan 7 ölkənin hər birini ən yüksək xal ilə qiymətləndirdim:• Çin — 12 xal
• Ermənistan — 12 xal
• Gürcüstan — 12 xal
• Qazaxıstan — 12 xal
• Malayziya — 12 xal
• Monqolustan — 12 xal
• Özbəkistan — 12 xal
Bu, hər bir iştirakçının əməyinə və istedadına olan hörmətimin ifadəsidir.
Mənim üçün musiqi siyasətdən kənardır və həmişə insanları birləşdirən bir vasitə olaraq qalacaq", - deə Əfəndi qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.