AZ

Həmin binanın bir bloku tam çökdü İcra başçısından açıqlama

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Goranboyda döşəməsi çökərək yararsız hala düşən beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Hadisə ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Qafqazinfo”ya açıqlama verib.

İcra başçısı qeyd edib ki, dünəndən etibarən bütün sakinlər binadan təxliyə olunub.

“Səhər saatlarından etibarən vəziyyət tamamilə qəzalı hal alıb. Pilləkənlər sökülürdü, binadan səslər gəlirdi. Dərhal 50 metrlik bufer zona yaradaraq qabaqlayıcı tədbirlər gördük. Hadisə zamanı xəsarət alan olmadı.

Qonşuluqdakı bina da qəzalıdır. O binaya da FHN-in mütəxəssisləri ilə baxış keçirdik. Orada da qəza riski olduğu tam müəyyənləşdi.  Artıq o binanın da növbəti günlərdə köçürülməsi nəzərdə tutulub. Ümumilikdə 76 ailəlik yaşayış kompleksinin tikintisi nəzərdə tutulub”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
4
qafqazinfo.az

6Mənbələr