AZ

Əhalinin 40 faizi dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum edilir

Əhalinin 40 faizi dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum edilir

Azərbaycan hökuməti universal tibbi sığorta modelindən imtina etdi.

AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu imtina ən azı 4 milyon nəfərə yaxın insanı icbari tibbi sığorta mexanizmindən kənarda qoyacaq: "Bura daxildir əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilələrlə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan əmək qabiliyyətli yaşda (15-65 yaş) əhali, başqa yerdə rəsmi ödənişli olmayan, adına pay torpağı olan, lakin bələdiyyələrdə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan əmək qabiliyyətli yaşda əmək qabiliyyətli yaşda əhali. Bu əhali kateqoriyasının sayı 3 milyon nəfərə yaxındır".

Bundan əlavə, ekspertin sözlərinə görə, müxtəlif səbəblərlə işçi qüvvəsinə daxil olmayan əmək qabiliyyətli yaşda sağlam əhali də icbari tibbi sığorta mexanizmindən kənarda qalır: "Bura ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapmağa ümidini itirdiyi üçün rəsmi kanallarla iş axtarmağı dayandıran və işsiz kimi qeydiyyatdan keçməyən insanlar daxildir. Bu əhali qruplarına isə 1 milyon nəfərə yaxın insan daxildir.

Demək, universal tibbi sığorta modelindən imtina az qala ölkə əhalisinin 40%-ni dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum buraxdı".

Seçilən
29
6
afn.az

7Mənbələr