Musavat.com xəbər verir ki, Dövlət Dumasındakı “Yeni İnsanlar” fraksiyasının deputatları ölkədə qanunsuz fəaliyyət göstərən reabilitasiya mərkəzlərinə qarşı cinayət məsuliyyəti tətbiq olunmasını təklif ediblər.
Bu barədə deputatların Baş nazir Mixail Mişustinə ünvanladıqları məktubun məzmunu TASS-ın ixtiyarında olub.
Parlament üzvləri bildiriblər ki, Rusiyada indiyədək asılılıqlarla işləyən mütəxəssis — addiktoloq peşəsi ayrıca hüquqi status almayıb. Həmçinin qeyri-tibbi reabilitasiya mərkəzlərinin əməkdaşları üçün məcburi ixtisas tələbləri mövcud deyil.
Deputatların fikrincə, bunun nəticəsində ölkədə belə xidmətlərin göstərildiyi böyük “kölgə bazarı” formalaşıb və bu sahə ciddi nəzarət tələb edir.
Musavat.com