AZ

Hücumda yaralanan Milli Qvardiya əsgərləri həyatını itirdi

Musavat.com xəbər verir ki, Ağ Ev yaxınlığında baş verən silahlı hücumda ağır yaralanan ABŞ Milli Qvardiyasının hər iki əsgəri dünyasını dəyişib.

Bu barədə Qərbi Virciniyanın qubernatoru Patrik Morrisi X sosial şəbəkəsində açıqlama yayıb.

Qubernator bildirib ki, hərbçilər xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. O, Milli Qvardiya üzvlərinin ailələrinə və yaxınlarına başsağlığı verib, hadisəni “dərin faciə” adlandırıb.

ABŞ xüsusi xidmət orqanları və federal qurumlar hücumun motivlərini araşdırmağa davam edir. 

 

Musavat.com

0d14bb00-6f67-41c5-95e8-e4bc1cd030ba.jpg

Seçilən
114
1
musavat.com

2Mənbələr