AZ

Ağ Ev yaxınlığındakı hücumun şahidi danışdı: ‘Kömək edin!’ qışqırıqları eşidilirdi

Vaşinqtonda iki Milli Qvardiya hərbçisinin yaralandığı atışma ilə bağlı hadisə şahidləri danışıb.

Musavat.com xəbər verir ki, hadisə baş verən vaxt Ağ Evə yaxın ərazidə olan 43 yaşlı Steysi Uolters yaşanan dəhşət anlarını təsvir edib.

Onun sözlərinə görə, saat təxminən 14:15 radələrində Uber avtomobilində hərəkətdə olarkən iki güclü partlayışa bənzər səs eşidib. Bundan dərhal sonra ətrafda olan balaca uşaqlar və piyada sakinlər panika içində qaçmağa başlayıblar.

Uolters bildirib ki, bir nəfərin “Kömək! kömək!” deyə qışqırdığını eşidib və dərhal sonra kapüşonlu şəxsi təqib edən gizli xidmət əməkdaşlarını görüb.  

 

Musavat.com

 

 

 

Seçilən
63
2
musavat.com

10Mənbələr