AZ

Rusiya Ordusu Ukraynanın Xerson vilayətinə hücum edib, ölənlər var

Rusiya Ordusu dronunun Ukraynanın Xerson vilayətinə hücumu nəticəsində iki nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə Xerson Vilayət Prokurorluğu teleqram kanalında xəbər verib.

Məlumata görə, Rusiya qoşunları saat 19:40-da Xersonda mülki avtomobili dronla vurub. Hücum nəticəsində 34 yaşlı qadın və 6 yaşlı uşaq həlak olub. Nəqliyyat vasitəsinin sürücüsü yaralanıb, o, tibb müəssisəsinə aparılıb.

Xerson Dairə Prokurorluğunun prosedur rəhbərliyi altında mülki şəxslərin ölümünə səbəb olan müharibə cinayəti (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə məhkəməyəqədər istintaq başlanıb.

Prokurorlar müstəntiqlərlə birlikdə cinayətin hallarını sənədləşdirməyə və Rusiya hərbi qüvvələrinin mülki şəxslərə qarşı daha bir hücumu ilə bağlı dəlillər toplamağa davam edirlər.

Seçilən
38
musavat.com

1Mənbələr