AZ

Ağ Evin yaxınlığında güllələnən əsgərlərin ikisi də həlak olub - YENİLƏNİB

Ağ Evin yaxınlığında güllələnən Milli Qvardiyanın iki əsgəri həlak olub.

APA xəbər verir ki, bu barədə Qərbi Virciniya qubernatoru Patrik Morrisey məlumat verib.

"Böyük kədər hissi ilə bildiririk ki, bu gün Vaşinqtonda vurulan Qərbi Virciniya Milli Qvardiyasının hər iki üzvü aldıqları xəsarətlərdən ölüb. Bu cəsur Qərbi virciniyalılar ölkələrinə xidmət zamanı həyatlarını itiriblər. İstintaq davam etdiyi üçün federal rəsmilərlə davamlı əlaqə saxlayırıq”, - Morrisey bildirib.

ABŞ-ın vitse-prezidenti Ceyms Vens isə Ağ Ev yaxınlığında baş vermiş hadisənin motivlərinin müəyyən edilmədiyini deyib.

"Bir neçə saat əvvəl Ağ Evdə atışma olub. Biz hələ də detalları müəyyənləşdiririk və motivi hələ də bilmirik", - Vens bildirib.

***

00:19

ABŞ Milli Qvardiyasının 2 əsgəri Ağ Evin yaxınlığında güllələnib.

APA xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib.

NBC-nin məlumatına görə, hadisə Ağ Evin yaxınlığındakı parkda baş verib.

Seçilən
77
apa.az

1Mənbələr