AZ

Renuarın əsəri 130 ildən sonra ilk dəfə ortaya çıxdı: Fantastik qiymətə satıldı

Pyer-Oqyust Renuarın daha əvvəl məlum olmayan rəsm əsəri Parisdə keçirilən hərracda 1.8 milyon avroya satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb.

Məlumata görə, yağlı boya ilə çəkilmiş əsərdə rəssamın oğlu Jan təsvir olunub. Kətan daha əvvəl heç vaxt sərgilənməyib və satışa çıxarılmayıb. Əsərin 1890-1895-ci illər arasında çəkildiyi ehtimal edilir. Rəsm əvvəlcə Janın xaç anasına məxsus olub, o isə daha sonra əsəri varislərinə ötürüb.

Sənətşünas və Renuarın yaradıcılığı üzrə mütəxəssis Paskal Perren hərrac zamanı rəsmin "müstəsna vəziyyətdə" olduğunu və heç vaxt restavrasiya (bərpa) olunmadığını bildirib.

Seçilən
96
1
musavat.com

2Mənbələr