Lənkəran, 27 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda baş vermiş yol qəzası nəticəsində 28 yaşlı kişi xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran–Lerik magistral yolunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil VAZ-21012 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə Kərgəlan kənd sakini, 1997-ci il təvəllüdlü Cəbi Xəzail oğlu Quluzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb və müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.