AZ

Həbsdə edilən fermerə qarşı 45 minlik dələduzluq dən çobanla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Səlimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az xəbər verir ki, sonuncu keçirilən iclasda qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü ləğv olunub, iş üzrə yeni hökm çıxarılıb. Cavid Səlimov təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılıb və üzərində qəti olaraq 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsıb.


İttihama görə, 2022-ci ildə heyvandarlıqla məşğul olan zərərçəkmiş Fərrux Qarayev (şərti) təqsirləndirilən Cavid Səlimova saxlanılması və artırılması üçün dəyəri 44680 manatlıq mal-qara, ev quşları verib. Daha sonra zərərçəkmiş həbs edilib və təqsirləndirilən şəxs də bundan istifadə edərək həmin mal-qara, ev quşlarını sataraq dələduzluq edib.


Hadisədən sonra Cavid Səlimov cinayət məsuliyyətinə cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cavid Səlimov məhkəmə zalından dərhal həbs olunmuşdu.


Kamal Məmmədov 

Tarix: 27 Noyabr 2025, 08:25   
Seçilən
122
50
pravda.az

10Mənbələr