Beyləqan rayonunda fəaliyyət göstərən “Hacıoğlu Kredit İttifaqı”nın möhürü və künc ştampı itib.
“Yeni Sabah” bu barədə kredit təşkilatına istinadən xəbər verir.
Məlumata görə, ittifaqın möhürü və künc ştampı itdiyi üçün etibarsız sayılır.
Qeyd edək ki, Hacıoğlu Kredit İttifaqı 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 4200 manat, qanuni təmsilçisi Məhəmməd Əliyevdir.
Məlumata görə, “Hacıoğlu Kredit İttifaqı” bu ilin II rübünə dair hesabatlarını təqdim etmədiyi üçün “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbini pozub.
Buna görə də Mərkəzi Bank tərəfindən icrası məcburi göstəriş verilib. (iqtisadiyyat.az)
Telegram kanalımız